Bir neçə gündür ki, dünya mediasında rusiyalı general,Rusiya Silahlı Qüvvələrinin Ukraynadakı Birləşmiş Qrupu komandanının müavini, general Sergey Surovikin həbs olunması xəbəri yayılıb.
Qeyd olunan xəbərlərə generalın ailəsindən reaksiya gəlib.
Sergey Surovikinin qızı bildirib ki, generalı heç kim həbs etməyib və onunla bağlı hər şey qaydasındadır. Bu barədə Baza telegram kanalı məlumat yayıb.
Onun həbsi barədə The Moscow Times və “Financial Times” məlumat yayıb.
Veronika Surovikina deyib ki, “Aerokosmik Qüvvələrin Ali Baş Komandanına heç nə olmayıb”, onu heç kim həbs etməyib və indi “hamı öz işindədir”. O, generalın "heç vaxt hər gün mediada görünmədiyini və açıqlama vermədiyini" xatırladıb.