Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Azərbaycan bu sahədə Mərkəzi Asiya, MDB və Cənubi Qafqaz ölkələri arasında liderdir




Dünya İqtisadi Forumunun (DİF) 120 ölkə arasında enerji keçidinə görə renkinqində Azərbaycan 32-ci yer tutur.

DİF-in enerji keçidi indeksinə görə, 2023-cü ildə Azərbaycanın enerji keçidi indeksinin qiyməti 62 olub.

Bundan başqa, ölkə bu sahədə istehsal indeksinə görə 69,6, enerji keçidinə hazırlığa görə isə 50,7 balla qiymətləndirilib.

Qeyd edək ki, Azərbaycan bu reytinqdə Mərkəzi Asiya, MDB və Cənubi Qafqaz ölkələri arasında lider mövqeyə malikdir. Belə ki, Gürcüstan bu renkinqdə 62-ci, Ukrayna 64-cü, Tacikistan 73-cü, Qazaxıstan 76-cı, Qırğızıstan isə 91-ci yeri tutub.


Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də