Atlantik okeanında qəzaya uğrayan "Titan" batiskafının bəzi detalları sahilə çıxarılıb.
Bu barədə Kanada mətbuatı məlumat yayıb. Bildirilir ki, batiskafın korpusunun bir neçə detalı Kanada sularında 4 000 metr dərinlikdən çıxarılıb. Xilasedici qrupun ABŞ-dan olan rəhbəri yüksək riskli sualtı missiyanın başa çatdığını bildirib. Artıq komanda daimi dislokasiya bazasına qayıdıb.
Xatırladaq ki, turistləri “Titanik”in qəzaya uğradığı yerə aparan sualtı qayıq iyunun 19-da Atlantik okeanında yüksək təzyiqən dağılıb. “Titan”ın göyərtəsindəki britaniyalı milyarder Hemiş Hardinq, batiskafın sahibi – “OceanGate” kompaniyasının rəhbəri Stokton Raş, pakistanlı biznesmen Şahzada Davud və onun oğlu Süleyman, fransalı okeanoqraf Pol-Anri Narjole həlak olub.