1945-ci ilin mayında faşist Almansiyasının lideri Adolf Hitlerlə birlikdə bunkerdə olmuş, nasist imperiyasının süqutunun sonuncu şahidi Yohanna Ruf 94 vəfat edib.
Bu barədə onun 2017-ci ildə nəşr olunmuş xatirələri üzərində işləyən jurnalist Viland Qibel məlumat yayıb. Ruf Hitler və bir çox nasist məmurlarının son günlərini keçirdiyi Berlin bunkerində köməkçi olub.
Qeyd edilir ki, nasist Almaniyasının lideri üçün işləyəndə onun cəmi 15 yaşı olub.
Ruf 27 aprel 1945-ci ildən Alman Qızları Birliyinin 30-a yaxın digər üzvü ilə birlikdə çalışmışdı və nasistlərin baş təbliğatçısı Jozef Gebbelsin altı övladını öldürülməzdən əvvəl görən son insanlardan biri idi.