Hörmətli izləyicilər!
Atalar düz deyib, "bir milləti məhv etmək istəyirsənsə, birinci onun təhsilini məhv et". Bəli millətin təhsilinin məhvinə Elm və Təhsil naziri Emin Əmrullayevlə start verilib.
Heç özünün pedoqoji təhsili olmayan təhsil nazirimiz təsadüf nəticəsində bu posta gətrilənlərdəndi. Bildiyimiz kimi İyun ayının 20-dən 24 qədər İbtidai sinif, Azərbaycan dili və Ədədəbiyyatdan ixtisasları üzrə təhsilverənlərin serifikatlaşdırılmasına başlandı. Prosesdə ölkənin 13 müxtəlif şəhəri üzrə 23 imtahan mərkızində təşkil prossesdə ümümülükdə 28.000- dən çox müəllim cəlb edilmişdir.20- 23 iyun tarixində 20.000 ə yaxın ibtidai sinif müəllimləri, 24 iyunda isə 8500 dən çox Azərbaycan dili və Ədəbiyyat dilindən müəllim serifikatsiya imtahanı cerib. Baş bilən təhsilçilərimiz tərəfindən keçid balı 40 mümkün xaldan 20 keçid bal müəyyənləşmişdi. Ən acınacaqlısı odur ki neçə illərdi təhsilvermə adı altında balalarmıza təhsilverənlərin çoxunun heç özün təhsili yox imiş, onların özünə təhsilverən lazım imiş.Emin qağamın komandası tərəfindən müəyyən edilən 40 mümkün baldan 20 balı toplaya bilməyib, şərəfli müəllim adına xələl gətirmələrindən, heç utanmırlar.Yox onlar qətiyyən belə işlərdən geri düşməzlər. Çünkü onlarda yaxşı bilir ki, nə onların başında duran Emin qağamın, nə də ki, onun müavinlərinin pedoqoji təhsili var. Ona görədə onlar yaxşı 4 bilir ki təhsi işçisindən çox, hərəkıtilə aktyora bənzəyən, Emin Əmrullayev hər vəchlə onları müdafiə etməyə çalışacaq.Bəl kə də iş o, yerə çatacaq ki, Əmirullayev özünü biabır etməmək üçün naəlac qalıb görk üçün bir neçə bal toplaya bilməyən müəllimlərin fəaliyyətinə xitam verəcək ki, gördünüz tələb olunan balı toplaya bilməyənlərin fəaliyyətinə xitam verdik. Və bununlada cənab öz işini bitmiş hesab edəcək. Bunlarda çox güman ki, kim olacaq arxası və dili olmayanlar. Bundan başqa guya Emin qağam görmür ki, orta məktəb müəllimlərinin əksəriyyəti dərs dedikləri şagirdlərin çoxunu, dövlət məktəbində dərsindən sonra evinə və ya digər bir məkana yığıb, hərəsindən 30 ya da 40 manat alaraq əlavə dərs saatı keçir.Məgər həmin müəllimlər dövlət məktəbində dərs keçəndə savadları az olur evdə müəyyən məbləği alıb həmin şagirdə əlavə dərs keçəndə savadlı olurlar. Xeyir bu da bir təhsil oyunu olmaqla, şagirdləri və onların valideynlərini soymağa hesablanmış bir işdi. Görün bizim balalarımızın talehi kimlərə həvalə edilib. S.S.R.İ.dönəmində rayon təhsil şöbəsindən məktəblərə yoxlama gələrdi, təhsilverənlə, təhsilalanla və məktəbdə davamiyyətlə maraqlanardı. İndi bütün bunlar deyəsən keçmişdə qalıb.İndi kim hansı məktəbdə hər hansı bir post tutubsa həmin adam ozü üçün bir 'xozeyin' dir.Mən çox məktəblər tanıyıram ki həmin məktəb ailə məktəbinə çevrilib və məktəbdə çalışan texniki işçilərin çoxu öz adamlarıdı.Heç həmin məktəbin direktoruna gözün üstündə qaşın var deyən yoxdu. Çünkü əksər rayon təhsil şöbələrinin müdirləri direktorlaın yanında gözləri kölgəli olduğu üçün həmin direktorlara bir söz deyə bilmirlər. Mən direktor tanıyıram ki, 20- 25 ildir hazırda drektor olduğu məktəbə rəhbərlik edir. Bax buda əyani bir sübutdur ki, savadlı pedoqoq olmadığı üçün həmin direktoru əvəz edə biləcək bir kadır olmadığı üçün həmin direktoru başqası ilə əvəz edə bilmirlər. Nəticədə həmin direktor rəhbəri olduğuməktəbdən dövlət müəssisəsi kimi yox şəxsi əmlakı kimi istifadə edir. Çox acınacaqlı halda odur ki Azərbaycan təhsili Emin qağamın və onun komandasının gərgin əməyi sayəsində günü gündən uçuruma, körpə balalarımızın da gələcəyi məhvə gedir. Bizim və gələcəylərimiz olan körpələrimizin ümüdü tək ALLAH-dır. Heç olmasa gələcəyimiz olan körpələrimiz gələcəkdə ALLAHsızların əlində oyuncağa çevrilib məh olmasınlar. AMİN. Mövzuya qayıdacağıq.
MEHMAN MƏMMƏDOĞLU.