Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Dənizdə batan qazinin FOTOSU




Lənkəranda bir nəfər dənizdə boğularaq ölüb.

Axşam saatlarında Lənkəran rayonunun Sütəmurdov kəndində, dənizin nəzarətsiz hissəsində bir nəfərin boğulma təhlükəsi ilə üzləşməsi barədə Fövqəladə Hallar Nazirliyinin qaynar xəttinə məlumat daxil olub.

Nazirliyin Cənub Regional Mərkəzinin sularda xilasetmə dəstəsi əraziyə cəlb edilib.

Boğulma təhlükəsi ilə üz-üzə qalan gənc huşsuz vəziyyətdə sudan çıxarılsa da, hadisə yerində olan Təcili Tibbi Yardım briqadasının bütün cəhdləri boşa çıxıb. Onun həyatını xilas etmək mümkün olmayıb. 


Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də