“Neftçi” Rusiyanın Sankt-Peterburq şəhərində təşkil olunacaq “Matç TV” turnirinə 23 futbolçu ilə yollanacaq.
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Məlumata görə, bakılılar təlim-məşq toplanışının ikinci mərhələsi üçün bu gecə saat 12-də çarter reysi ilə Sankt-Peterburqa gedəcəklər.
“Ağ-qaralar” səfərə məşqçilər Vadar Nuriyev, İqor Getman və qapıçılar üzrə məşqçi Yusif Hüseynovun rəhbərliyi altında aşağıdakı futbolçularla yollanacaq:
Qapıçılar: İvan Brkiç, Aqil Məmmədov, Rza Cəfərov.
Müdafiəçilər: Höccət Haqverdi, Solomon Kverkveliya, Azər Əliyev, Azər Salahlı, Ömər Buludov, Elton Əlibəyli, Samir Həsənov, Rüfət Abbasov, Hüseyn Babayev.
Yarımmüdafiəçilər: Kenni Sayef, Eddi İsrafilov, Rəhman Hacıyev, İsmayıl Zülfüqarlı, Kilan Lebon, Ataa Caber, Fərid Yusifli, Ömər Qurbanov.
Hücumçular: Mateus Saldanya, Yeqor Boqomolski, Ağadadaş Salyanski.
“Neftçi” iyulun 1-dən 15-dək Sankt-Peterburqda təşkil olunacaq ənənəvi “Matç TV” turnirində iştirak edəcək. Komanda iyulun 1-də Rusiyanın “Zenit” (20:30), 8-də Serbiyanın “Srvena Zvezda” (20:30), 15-də isə Türkiyənin “Fənərbağça” (15:00) klubu ilə qarşılaşacaq. “Zenit”lə oyun “Qazprom Arena”da, digər iki görüş “Smena” stadionunda olacaq.