
Dünyada narkomanların sayı 296 milyona çatıb Dünyada narkomanların sayı 296 milyona çatıb Dünyada narkotik istifadəçilərinin sayı son 10 il ərzində 23 faiz artaraq 296 milyon nəfərə çatıb. 2011-ci ildə bu rəqəm 240 milyon nəfər təşkil edib. Bu barədə məlumat BMT-nin Narkotiklər və Cinayətkarlıqla Mübarizə üzrə İdarəsinin (UNODC) hesabatında yer alıb. Bununla belə, narkotik vasitələrdən istifadə pozğunluğundan əziyyət çəkən insanların sayı 45 faiz artaraq 39,5 milyona çatıb.