Telefonun hər bir insanın əvəzedilməz şəxsi "köməkçisinə" çevrildiyini nəzərə alsaq, onun mümkün qədər uzun müddət işləməsini və əsas funksiyalarını yüksək keyfiyyətlə yerinə yetirməsini istəyirik. Ancaq bunun üçün onun bütün elementlərinin, xüsusən də batareyanın yaxşı vəziyyətdə olmasını təmin etmək vacibdir. Mütəxəssislər mobil cihazın akkumulyatorunun təcili dəyişdirilməsinin vaxtının çatdığını göstərən bir sıra amilləri açıqlayıblar.
İlk "həyəcanverici" zəng şarjla bağlı problemlərdir. Nəzərə alın ki, əgər cihazınızın avtonomiyası getdikcə qısalırsa, bu, batareyanın yaxşı işləmədiyinin, köhnəldiyinin və dəyişdirilməsinin lazım olduğunu göstərir.