Ötən gün Prezident İlham Əliyevin sədrliyi ilə 2020-ci yekunları və qarşıya qoyulan vəzifələrə həsr olunmuş müşavirə keçirilib.
Müşavirədə bir sıra məsələlərə, o cümlədən 2020-ci ildə Azərbaycanın ən böyük naliyyəti olan Vətən müharibəsində qalibiyyətimiz və ondan sonraki mərhələdəki gedişatdan söhbət açılıb.
Ölkə başçısı Ermənistan Xarici İşlər naziri Ara Ayvazyanın bu günlərdə Xankəndinə səfəri ilə bağlı da öz fikirlərini bildirib.
Prezident bir daha Ermənistana 44 günlük müharibəni unutmağa çağırıb və belə səfərlərin təkrar ediləcəyi təqdirdə cavabın daha ağır olacağını bildirib.
Prezident İlham Əliyevin fikirlərini RegionTV.info-ya şərh edən millət vəkili Cavid Osmanov bu çıxışın Ermənistana sonuncu xəbərdarıq kimi qiymətləndirib:
“Ermənistan belə təxribatlara son qoymayıb, qızışdırıcı mövqe tutacaqsa, onların vəziyyəti acınacaqlı olaq. Bu dəfə Azərbaycan belə təxribatlara daha sərt cavab verəcək. Ermənistan unutmamalıdır ki, sentyabrın 27-dək onların törətdiyi təxribatlar, xüsusən Baş nazir Nikol Paşinyanın Şuşada sərxoş halda rəqs etməsi, Tovuz hadisələri, o cümlədən kəşfiyyat- diversiya qrupunun Azərbaycan ərazisinə keçməsi, təxribat xarakterli bəyanatlar Azərbaycanın anti-terror əməliyyatları keçirməsinə gətirib çıxardı".
Politoloq Ermənistanın təxribat xarekterli davranışlarının gələcəkdə əlaqələrin düzəlməsinə ciddi ziyan verdiyini də bildirib:
“Hazırda Ermənistanla münasibətlərin normallaşması istiqamətində addımlar atılır. Bu yaxınlarda Rusiya hökumət üzvlərindən ibarət nümayəndə heyətinin həm Azərbaycana, həm də Ermənistana səfəri bu mövzuda söhbətlərin aparılması üçün idi. Əllbəttə ki, əgər Ermənistan imzalanan bəyanata məhələ qoymadan belə təxribatlara davam edəcəksə, hansısa əlaqələrin qurulmasından söhbət gedə bilməz. Bu, Azərbaycanın ortaya qoyduğu qəti mövqeydir”.
RegionTV.info
Xəbəri paylaş