Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Lavrov Lukaşenko-Putin danışıqlarının bəzi təfərrüatlarını açıqlayıb



Rusiya xarici işlər naziri Sergey Lavrov iyunun 24-də Belarus prezidenti Aleksandr Lukaşenkonun Rusiya prezidenti Vladimir Putinlə danışıqlarının bəzi təfərrüatlarını açıqlayıb.

 Sergey Lavrov RT-yə müsahibəsində bildirib ki, iyunun 24-də səhər saatlarında Lukaşenko Putinə zəng edərək ona “Vaqner” və şirkətin rəhbəri Yevgeni Priqojin ilə vəziyyəti sülh yolu ilə həll etməyə kömək etməyi təklif edib.

 "Putinlə telefon danışığı zamanı Lukaşenko vəziyyətin sülh yolu ilə həllini, eləcə də qiyamçı dəstələrin Moskvaya doğru hərəkətini davam etdirəcəyi təqdirdə qaçılmaz olaraq baş verəcək böyük qan tökülməsindən qaçmağı təklif edib. Lukaşenkonun təklifi prezident Putin tərəfindən dəstəklənib və nəticə sizə məlumdur”, - deyə Rusiya XİN başçısı vurğulayıb.


Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də