Bəli, bu gün İmişli rayonunda su itkisinin aradan qaldırılması adı altında rayonun çox kəndinin suyu kəsilərək təsərrüfatı məhv edilir. Sanki bu düşünülmüş bir addımdır. Ölkə başçımız kənd təsərrüfatının inkişafı üçün əlindən gələni etsədə yerdəki bəzi məmurlar beləcə bu qərarlara qarşı çıxırlar. Nəticədə isə fermerlə dövlət arasında narazıçılıq yaranır. Məncə bu işləri, yəni su ötürücü kanallarında aparılan təmir işlərin payız mövsümündə, yada ki, məqsədə uyğun olaraq ayaqdan başa da başlamaq olardı. Belə olan halda rayonun çox kəndi susuz qalmazdı. Növbəli şəkildə işlər həyata keçiriləndə bəzi kəndli əkin biçinin həyata keçirə bil.Amma deyəsən kəndlinin inkişafı bəzi iş adamlarına sərf etmir. Əgər sərf etsəydi onlar biz kəndliyə bu zülmü etməzdi.
MEHMAN MƏMMƏDOĞLU