CNN telekanalı: “Mərkəzi Kəşfiyyat İdarəsi Rusiyada daha qanlı qarşıdurma gözləyirdi…”
ABŞ-da yayımlanan nüfuzlu CNN kanalı Rusiyada baş vermis “Vaqner” hərbi qiyamı ilə bağlı maraqlı xəbər yayıb.
Telekanal Mərkəzi Kəşfiyyat İdarəsinin olayların fərqli məcrada davam edəcəyini gözləyib.
“ABŞ kəşfiyyatı gözləyirdi ki, “Vaqner” muzdluları Moskvaya yürüş zamanı rus ordusu tərəfindən daha ciddi müqavimətlə qarşılaşacaq və qiyamın özü daha qəddar və qanlı olacaq”,- Ameriaklı rəsmi CNN-ə bildirib.
“Vaşinqtonu Rusiya Müdafiə Nazirliyi qoşunlarının Rostovu ələ keçirmiş, sonra isə bir neçə kolonda Moskvaya doğru irəliləyən muzudlular qrupuna müqavimət göstərə bilməməsi təəccübləndirib. Kremlin “Vaqner”in rəhbəri Yevgeni Priqojinlə sövdələşməsinin sürəti isə daha böyük təəccüb yaradıb”, - mənbə qeyd edib.
ABŞ kəşfiyyatının məlumatına görə, Priqojin çoxdan Rusiya ordusunun rəhbərliyi ilə ciddi qarşıdurmaya hazırlaşırdı, lakin onun konkret məqsədləri aydın deyildi. ABŞ kəşfiyyat orqanları Ukraynada muzdluların Rusiya sərhədlərinə yaxınlaşması, silah və sursatların gətirildiyi barədə əvvəlcədən məlumatlı idi.
“The Washington Post” məlumatlı mənbələrə istinadən yazır ki, Rusiya prezidenti Vladimir Putin də Priqojinin nəsə edəcəyini bilirdi. Belə ki, Rusiya xüsusi xidmət orqanları bu barədə ən azı 24 saat əvvəldən xəbər tutublar. Lakin Putinin niyə son ana qədər heç nə etmədiyi qaranlıq qalır.