
Türkiyənin Azərbaycandakı Səfirliyi tviter hesabında 26 İyun - ölkəmizin Silahlı Qüvvələr Günü münasibətilə paylaşım edib.
Paylaşımda deyilir:
"Qardaş Azərbaycanın Silahlı Qüvvələrini 26 İyun - Silahlı Qüvvələr Günü münasibətilə ürəkdən təbrik edir, Azərbaycanın suverenliyi və müstəqilliyinin qorunması uğrunda məsuliyyətli və şərəfli xidmətlərində müvəffəqiyyətlər arzulayırıq".