RegionTV.info APA-ya istinadla xəbər verir ki, Ağdamda intihar hadisəsi baş verib.
Hadisə rayonun Ergi qəsəbəsində baş verib. Belə ki, 2000-ci il təvəllüdlü Behbudov Elgiz İsmayıl oğlu ov tüfəngi ilə özünə atəş açıb. Hadisə şahidlərinin sözlərinə görə, gənc Ağdam rayon xəstəxanasına çatdırılarkən yolda keçinib.
İntiharın səbəbləri araşdırılır.