Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Təhlükə İran sərhədini keçib gəlir - Azərbaycan təcili qərargah qurdu

Təhlükə İran sərhədini keçdi - Azərbaycan təcili qərargah qurdu

APA-nın cənub bürosunun məlumatına görə, Bolqarçay su anbarının yaxınlığlnda qərargah qurulub.

Fövqəladə Hallar Nazirliyinin (FHN) Muğan Regional Mərkəzinin 22 nəfərdən ibarət xilasediciləri və 5 nəfərlik sularda xilasetmə dalğıcları Bolqarçay su anbarının (Platina) üstündə qərargah qurublar.

Biləsuvar Rayon İcra Hakimiyyəti və rayonun hüquq - mühafizə orqanlarının rəhbərləri də qurulan qərargahdadır.

Qərargah əsasən müşahidə xarakteri daşıyır.

Artıq İran İslam Respublikası ərazisindən Bolqarçaya 5 kubdan çox suyun Azərbaycan ərazisinə keçdiyi müşahidə olunur.

Müşahidələrə uyğun olaraq yaxın saatlarda görüləcək işlərlə bağlı qərar veriləcək.

***

Saat 00:21

Bolqarçayda sel təhlükəsi ilə bağlı Fövqəladə Hallar Nazirliyinin (FHN) xilaesediciləri əraziyə cəlb olunub.


APA-nın cənub bürosunun verdiyi xəbərə görə FHN-in xilasediciləri, texnikalar və kiçik həcmli gəmilər (katerlər) Bolqarçay ətrafına cəlb olunub.

Hələ ki, Bolqarçayda suyun səviyyəsində dəyişiklik yoxdur.

***

14.06.2023

Saat 23:20

Biləsuvar rayonunda sel təhlükəsi gözlənilir.

Bu barədə kənd sakinləri APA-nın yerli bürosuna məlumat veriblər.

Sakinlər bildirib ki, İran ərazisindən Bolqarçay vasitəsilə rayon ərazisinə sel suyunun daxil olması ehtimalı var.

Aidiyyəti orqanlar yerli sakinləri məlumatlandırıb və hər ehtimala qrşı hazır olmağı bildiriblər.

Qeyd edək ki, analoji hal təqribən 2 həftə bundan öncə baş vermişdi.

Sel təhlükəsinə görə Bolqarçay ətrafında yaşayan 3 kəndin sakinləri təhlükəsiz ərazilərə köçürülmüşdü.


Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də