Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

"Neftçi" və "Sabah" təklif göndərdi – PSJ-nin eks yarımmüdafiəçisinə

"Neftçi" və "Sabah" "Soçi"nin futbolçusu Musa Sissakoya təklif göndərib.

Sportinfo.az "Legalbet"ə istinadən xəbər verir ki, paytaxt təmsilçiləri 23 yaşlı dayaq yarımmüdafiəçisinin xidmətində maraqlıdır.

İddiaya görə, Murad Musayevin baş məşqçi olduğu klub Mali millisinin üzvü ilə anlaşa bilməyib.

Tərəflər maliyyə məsələsində ortaq məxrəcə gəlməyiblər. İllik 400 000 avro məvacib tələb edən Sissako 200 000 avroluq təklifi qəbul etməyib.

"Neftçi" tərəfi isə gənc oyunçuya 250 000 avro maaş verməyə hazır olduğunu bildirib. "Ağ-qaralar" futbolçunu sonradan birdəfəlik almaq şərtilə icarəyə götürmək istəyir.


Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də