Qurumdan bildirilib ki, bu gün səhər saatlarında Bərdə şəhəri, Üzeyir Hacıbəyov küçəsi, 5 ünvanında yerləşən bazar ərazisində baş vermiş yanğın FHN Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri tərəfindən qısa müddətdə söndürülüb.
Yanğın nəticəsində ümumi sahəsi 4000 kvadratmetr olan 174 mağazadan ibarət bazar ərazisində 26 ədəd geyim, xırdavat və təsərrüfat malları mağazasının yanar konstruksiyaları 800 kvadratmetr sahədə və içərisində olan əşyalar yanıb. Bazar ərazisində olan digər bitişik mağaza və obyektlər yanğından mühafizə olunub.
Yanğınla mübarizə tədbirlərində DYMX-nin Bərdə, Yevlax, Tərtər, Ağdam, Ağcabədi, Naftalan rayonlarının Yanğından Mühafizə hissələri və Mingəçevir şəhər Yanğından Mühafizə Dəstəsinin ümumilikdə 11 texnikası və 65 nəfər canlı qüvvəsi iştirak edib.
Hadisə ilə əlaqədar araşdırma aparılır.