Prezident İlham Əliyevin səmimiyyətlə sıxdığı qardaş əli..
Qardaş ölkə təmsilçisinə uzanan əli cənab prezidentin bu fikirlərini bir daha təsdiqlədi: Biz birlikdə güclüyük.
Salamlaşarkən əl görüşmək Azərbaycan Xalqının uzun illər malik olduğu və bu günə kimi qoruyub saxladığı ənənələrdəndir.Tarixən bu ənənə bizdə ərlik, igidlik və yetkinlik anlamına gəlir.Məsələn oğlanlar bizdə adətən yetkinlik yaşlarına gəldikdən sonra əl sıxaraq salamlaşmağa başlayırlar. Bəzən yaşlı nəslin nümayəndələri həmçinin əl görüşərkən yeniyetmənin əlini sıxaraq gücünü yoxlayırlar.Bu adətin tarixi çox qədimə gedib çıxır. Əgər Kitabi Dədə Qorqud Dastanına nəzər salsaq görəririk ki, yeniyetmə oğlan heç bir igidlik göstərməsə nə ona ad verər, nə də əlini sıxardılar.Yəni igid, ər olmalıydın ki, əlini sıxsınlar. Xüsusilə də, kişilərimizdə bu adət istər məişətdə, istərsə də rəsmi görüşlərdə tez-tez təkrarlanırdı.Qısa bir zamanda ortaya çıxan minlərlə can alan Covid-19 isə bizi bəzi ənənələrimizdən qısa müddət də olsa uzaqlaşmağa vadar etdi və hələ də yaxınlarıyla qucaqlaşıb görüşmək, əl sıxmaq arzusunda olan insanlar var ki, səbirsizliklə pandemiyanın başa çatmasını gözləyirlər. Əl ilə salamlaşma məsələsi nəinki bizim, bugün bütün dünyanın diqqətindədir. Elə məhz bu səbəbdən də bir çox dünya liderləri özlərini Covid-19dan qorumaq üçün müxtəlif salamlaşma metodu tapdılar. Əli sinəyə uzadıb təzim etmək, dirsəklə görüşmək və s.
Dünən Azərbaycan Respublikasının prezidenti İlham Əliyev qardaş ölkə Türkiyə Respublikasının Milli Müdafiə naziri Hulusi Akarı qəbul etdi. Səmimi bir qarşılama fonunda cənab prezidentimiz İlham Əliyev, Hulusi Akarla əl görüşdü və bu şəkil tez bir zamanda bir çox saytlarda və sosial çarxlarda paylaşıldı . Şəkili görən kimi bu məsəli xatırladım: Ər kişinin işidir...Ölkə başçımız İlham Əliyev tərəfindən qardaş ölkənin nazirinə uzanan əl, ilk öncə cənab prezidentin ortaya qoyduğu səmimiyyətin göstəricisidir. Daha sonra rəhbər şəxs kimi onun qorxmazlığına dəlalət edir ki, ölümcül xəstəliyin minlərcə can aldığı vaxtda ölkə başçısı qardaş əlini sıxmaqla ölümün gözünə çəkinmədən, dik baxdığını göstərir.Təbii ki, bu İlham Əliyevin qardaş yolunda ölümə belə getməyi gözə aldığı ilk məqam deyil. 1990-cı ilin Qanlı 20 Yanvar hadisələrindən sonra da, məhz o, SSRİ tərəfindən günahsızcasına qətlə yetirilən, şəhid olan, haqqı tapdalanan qardaşlarının yerə sərilən əllərini, haqq səslərini qaldırmaq üçün Ulu Öndər Heydər Əliyevlə birlikdə rejimin siyasətinə qəti şəkildə etirazını bildirmişdi. Bundan sonra o vaxtkı SSRİ hakimiyyəti tərəfindən xeyli çətinliklərlə üzləşmişdi.Amma heç vaxt qardaş əlindən tutmaq, birləşmək və birlikdə güclü olmaq sevdasından dönməmişdi.Məhz onun səsləndirdiyi “Biz Birlikdə Güclüyük”sözləri Korana virusun ölkədə yayıldığı ilk günlərdən on milyonluq xalqı birlikdə mübarizə əzmində birləşdirdi və virusla birgə mübarizdə bir çox uğurlu nəticələrimiz oldu.Azərbaycan Prezidenti İlham Əliyevin sıxdığı əl, nazir Hulusi Akarın fonunda həmçinin igid qorxmaz türk əsgərlərinə uzanan əldir. Prezident İlham Əliyevin 13 Avqust 2020 tarixində Hulusi Akara uzatdığı və birləşdirdiyi əl bir daha onun səsləndirmiş olduğu bu fikirləri təsdiqlədi: “Biz birlikdə güclüyük..”