"Mənim qeyrətsiz olduğumu bildirdi”
Təqsirləndirilən şəxsin sözlərinə görə, Ziyadın aralarında olan söz-söhbəti atasına deməsinə daha çox əsəbiləşib: "Evdən çıxıb işə doğru getməyə başladım. Goranboy şəhərində yerləşən "Gülüstan market”in yanından keçərkən qəfil ağlıma bıçaq almaq düşdü. Mağazaya girdim, bir mətbəx bıçağı aldım. Bundan sonra işə getdim.
Birbaşa Ziyadın otağına qalxdım. Ziyada dedim ki, atama niyə zəng eləmisən, nə sözün var, mənə denən. Əsəbi olduğumu görən Ziyad daha da gərginlik yaratdı. Yenə də mənə əsassız iradlar bildirməyə başladı.
Söhbət əsnasında Ziyad məni təhqir etdi, atamın qeyrətli kişi olduğunu, mənim isə qeyrətsiz olduğumu bildirdi. Onu qorxutmaq üçün cibimə qoyduğum bıçağı çıxardım və Ziyadın üzərinə getdim. Niyyətim Ziyadı qorxutmaq olub. Onu bıçaqla vurmaq istəməmişəm.
Ziyad bıçağı tutaraq əlimdən almaq istədi. Əlbəyaxa olduq, onun əlindən çıxaraq qaçmaq istədim. Birtəhər Ziyadın əlindən çıxdım və otağı tərk etdim. İnzibati binadan çıxaraq Goranboy rayon polis şöbəsinə getdim. Polis şöbəsində Ziyadın öldüyünü öyrəndim. Bu zaman sarsıntı keçirtdiyim üçün polis şöbəsinin əməkdaşları təcili tibbi yardım çağırdılar”.
"Niyyətim öldürmək olmayıb”
Təqsirləndirilən şəxs qeyd edib ki, onun niyyəti Ziyadı öldürmək olmayıb: "Sadəcə bıçaqla onu qorxutmaq istəmişəm. Lakin Ziyadın bıçağı tutaraq əlindən almağa çalışdığı üçün ehtiyatsızlıqdan bıçaqla ona xəsarət yetirmişəm.
Hadisə zamanı həyəcanlı olduğum üçün rayon prokurorluğuna verdiyim ilkin ifadəmdə Ziyadın qarın nahiyəsinə zərbə endirdiyimi bildirmişəm. Ziyada qəsdən heç bir zərbə endirməmişəm. Sadəcə olaraq bıçağı cibimdən çıxardaraq onu qorxutmaq istəmişəm.
Hadisə Ziyadın xidməti iş otağında baş verib. Həmin vaxt yanımızda başqa heç kim olmayıb. Ziyadın otağından əlimdə bıçaqla çıxanda qəbul otağında oturan katibə Ülviyyə məni görüb”.
Bu cinayət işinə Gəncə Ağır Cinayətlər Məhkəməsində baxılıb.
Məhkəmənin hökmü ilə Mirhadi 10 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Onun cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi müəyyən edilib.