Sıxan ayaqqabıları kartof vasitəsilə genişləndirə bilərsiniz.
RegionTV.info Lent.az-a istinadən bildirir ki, dünyanın bir çox ölkələrində bu metoddan geniş istifadə olunur.
Bir böyük çiy kartof götürüb soyun, onu ayağınızı sıxan ayaqqabıların (krassovkalara da olar) içinə yerləşdirin.
Elə edin ki, kartof böyük olsun və ayaqqabının içinə çətinliklə girsin, onu dartsın. Bir gecə saxlayın. Kartof şirəsi ayaqqabını nəmləndirəcək və dartıldığına görə o genişlənəcək.