Gəncə Şəhər Birləşmiş Xəstəxanası müəssisələrdə cari təmir işləri ilə bağlı açıq tender elan edir. Bu haqda 8 iyun tarixində Fed.az-a istinadən məlumat veririk.
Satınalma müqaviləsi üzrə ödəmələr satınalan təşkilat tərəfindən tenderin əsas şərtlər toplusunda və satınalma müqaviləsində müəyyənləşdirilmiş qaydada və məbləğdə, malgöndərənin (podratçının) təqdim etdiyi sənədlər (qaimələr, hesab fakturalar, aktlar və digər sənədlər) əsasında, ən qısa müddət ərzində, 10 bank günündən gec olmamaq şərti ilə aparılır.
Malgöndərənlərlə (podratçılarla) vasitəçi olmadan əlaqəni təmin edən, onlarla məlumat mübadiləsini aparan satınalan təşkilatın vəzifəli şəxsi (/ləri) – Günel Məmmədova, satınalma mütəxəssisi
Tenderdə iştirak haqqı 350 manatdır. Təkliflərin son təqdimolunma tarixi: 11 iyul 18:00.
Email: [email protected]. Ətraflı məlumat üçün 055-439-08-41.