Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

DƏHŞƏTLİ CİNAYƏT - Əmisini öldürüb parçaladı, qalıqları anası ilə meşədə gizlətdi

Kareliya Respublikasında gənc oğlan əmisini öldürməkdə günahlandırılıb. Məlumata görə, o, qətlə yetirilən şəxsin meyitini anasının köməyi ilə parçalara ayıraraq meşədə gizlədib.

RiaTV.az Lent.az-a istinadən bildirir ki, kişinin zorakılıqla ölümü 2022-ci ilin yazında Kondopoqada baş verib. Bildirilir ki, mərhum dəfələrlə qardaşı oğluna və onun anasına qarşı aqressiya nümayiş etdirib.

Uzun müddət əmisinə qarşı kin bəsləyən gənc onu boynundan və gövdəsindən 3 dəfə bıçaqlayıb. Zərərçəkmiş yerindəcə keçinib. Bundan sonra gənc cinayət izini itirmək istəyib.

Məlumata görə, gənc bıçaq və mişarla qətlə yetirilən şəxsin meyitini parçalara ayırıb, sonra isə qalıqları anası ilə birlikdə meşəyə aparıb. Orada əmisindən oğurladığı şəxsi sənədləri yandırıb.

İstintaq zamanı müttəhim öz günahını tamamilə etiraf edib. Faktla bğalı qətl və vətəndaşdan pasport və digər vacib şəxsi sənədlərin oğurlanması maddələri ilə cinayət işi başlanılıb.

Qətlə görə onu 15 ilədək azadlıqdan məhrumetmə cəzası gözləyir.


Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də