Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Binalardan birini içməli su ilə təchiz edən boru yararsız hala düşüb

Gəncədə su borusu çürüyüb. Bu haqda Gencexeber.az-a 6 iyun tarixində məlumat daxil olub.

Hadisə şəhərin Heydər Əliyev prospekti, 2-ci küçədə qeydə alınıb. Binaların birinin divarı boyunca uzanan köhnə boru deşilib. Həmin boru sakinləri içməli su ilə təmin edir. Lakin suyun çox hissəsi çürümüş hissələrdən yerə axır. Nəticədə mənzillərin divarları nəm olur və sakinlər üçün nəzərdə tutulmuş su evlərə tam çatmır.

Sakinlər bildirirlər ki, məsələ ilə bağlı aidiyyəti quruma müraciət olunub. Lakin problem həllini tapmayıb.

“İllərin borusudur. Çox köhnə olduğundan dəmir çürüyüb, bütün su binanın dibinə axır. Divarlarımız nəm çəkir, oboylar, boya qopur. İçməli, təmiz su israf olur. Su idarəsinə borunun təmir olunması üçün müraciət etmişik. Lakin bildirildi ki, heç bir tədbir görülməyəcək”, – deyə sakinlər qeyd ediblər.


Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də