"Real" (Madrid) "Tottenhem"in hücumçusu Harri Keyni heyətinə qatmaq fikrindədir.
Offsideplus.az xəbər verir ki, "Kral klubu" ingiltərəli futbolçunu transfer etmək üçün London təmsilçisi ilə əlaqə saxlayıb. Bu barədə "Marca" nəşri məlumat yayıb.
Madrid təmsilçisi 29 yaşlı forvardı komandadan ayrılması dəqiqləşən Benzemanın əvəzləyicisi kimi görür.
Qeyd edək ki, Keyn cari mövsüm bütün turnirlərdə "Tottenhem" forması ilə 49 oyuna çıxıb, 32 qol vurub və 5 qol ötürməsi verib.