Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

"Dünyada MS-ni məğlub edə bilən yeganə komanda MY-dir" - Erik ten Haq

"Mançester Yunayted"in baş məşqçisi Erik ten Haq komandasını bu mövsüm "Mançester Siti"nin ən çətin rəqibi adlandırıb.

Fanat.Az xəbər verir ki, "qırmızı şeytanlar"ın mətbuat xidməti niderland mütəxəssisin dediklərini belə təqdim edib.

“Oyunçularım “Mançester Siti” ilə böyük mübarizə apardılar, biz onlara qarşı yaxşı oynadıq. Bizim üçün çətin oldu, amma dünyanın ən yaxşı komandasına meydanda çox az yer buraxdıq. “Mançester Yunayted” əla oyun keçirdi. Düşünürəm ki, biz indi onları zərərsizləşdirməyə qadir olan yeganə komandayıq". 

Qeyd edək ki, Mançester təmsilçiləri İngiltərə kubokunun final matçında üz-üzə şəliblər. Xosep Qvardiolanın komandası MY-ni 2:1 hesabı ilə məğlub edərək kubokun sahibi olub.


Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də