Keçmiş SSRİ-nin yadigarlarından biri də, mədəniyyət və incəsənət xadimlərinə verilən fəxri adlardır. Dünyanın heç bir inkişaf etmiş ölkəsində Əməkdar artist, Xalq artisti kimi adlar yoxdur.
RegionTV.info lent.az-a istinadən Xalq artisti adını almaqdan imtina etmiş 3 aktyor barəsində məlumat verir.
Rejissor və aktyor Leonid Yarmolnik iki dəfə ona təklif edilən fəxri addan imtina edib. Səbəb bunu SSRİ-nin qalığı hesab etməsi idi.
Yadımızda Atos obrazıyla qalmış Veniamin Smexov isə fəxri adların əvvəlki kimi nüfuzu qalmadığına görə mənasız olduğunu düşündüyü üçün fəxri addan imtina edib.
Dmitri Naqiyevə görə, fəxri adların müasir dünyada yeri yoxdur. O hər kəsin yalnız öz istedaı ilə tanınmalı olduğunu düşünənlərdəndir.