Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Premyer Liqanı tərk edən klubda ŞOK AYRILIQ! – SON DƏQİQƏ

Premyer Liqada mövsümü sonuncu pillədə başa vuran «Şamaxı»da ab-hava gərgindir.

Böyük uğursuzluq rəsmilərlə Cavid Hüseynovu üz-üzə gətirib.

Tərəflər arasında fikir ayrılığı sonuncunun komandanın sükanı arxasını tərk etməsiylə nəticələnib.

Ötən ilin yayında görəvə gələn və de-fakto baş məşqçi səlahiyyətlərini yerinə yetirən Hüseynov artıq buradan uzaqlaşıb.

AFFA «Şamaxı»nı yenidən Premyer Liqaya qaytarsa belə, o, əyalət klubunda işləməyəcək. Çünki gənc mütəxəssis idarəçilərdən çox narazıdır və onlarla çiyin-çiyinə çalışmağı artıq ağlının ucundan da keçirmir.


Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də