“Kosovoda baş verən hadisələrdən sonra daha əvvəl NATO Kosovo Qüvvələrinə (KFOR) təyin edilmiş 65-ci Mexanikləşdirilmiş Piyada Briqada Komandanlığımıza (Kırklareli) bağlı komando batalyonu NATO Birgə Qüvvələr Komandanlığının (İtaliya) tələbinə əsasən təyin edilib”.
Bu barədə Türkiyə Milli Müdafiə Nazirliyini məlumat yayıb. Bildirilib ki, Türkiyə Kosovonun şimalında regional təhlükəsizliyə və sabitliyə zərər vuran son hadisələrin dialoq yolu ilə həlli üçün tərəfləri təmkinli olmağa çağırır.
Qeyd olunub ki, sözügedən batalyon 4-5 iyun tarixlərində Kosovodakı Sultan Murat kazarmasında yerləşdirilməsi planlaşdırılır.