Xəbər verdiyimiz kimi, Fövqəladə Hallar Nazirliyinin (FHN) Tibb Xidmətinin maliyyə şöbəsinin rəisi Anar Ələkbərov vəzifəsindən azad olunduqdan sonra bu vəzifəyə iddialı olanlardan biri də Leyla Zamanovadır. Leyla xanım hazırda şöbə rəisinin baş köməkçisi vəzifəsində çalışır. Məlumat Qaynarinfo-da dərc olunandan sonra mövzu ilə bağlı bir çox maraqlı məqamlar ortaya çıxıb. Məlum olub ki, Leyla Zamanovanın bacısı Zamanova Rəna Özbəyi qızı da FHN-də yüksək vəzifədə çalışır. Rəna Zamanova həm də “RR 108” MMC-nin sahibidir. Onun idarə etdiyi avtomobil də RR dövlət nömrə nişanı ilə başlayır.
Xəbəri paylaş