Gəncədə daha bir xəstəxanaya yeni cihazlar gətirilib. Bu haqda 2 iyun tarixində Birləşmiş xəstəxanaya istinadən məlumat veririk.
Söhbət Kardioloji Xəstəxanadan gedir. Burada Stres Testi (tredmil) sistemi və Holter monitor (ritm) istifadəyə verilib.
Stres Testi ürək-damar xəstəliklərinin diaqnostik və proqnoztik olaraq dəyərləndirilməsində geniş istifadə olunan müayinə metodudur. Test ürəyin iş yükünün artırılması və bu yüklənmə əsasında ürək əzələsinin qidalanmasındakı yetərsizliyə yol aça biləcək koronar damar xəstəliyinin olub-olmadığını yoxlayır, eyni zamanda fiziki aktivliklə ortaya çıxan ritm pozğunluqlarının araşdırılmasına əsaslanır.
Holter monitor(ritm) isə kiçik, daşınabilən, ürək ritmini ölçən cihazdır. O, sakitlik Elektrokardioqram (EKQ) çəkilişi zamanı qeyd edilə bilməyən qeyri-requlyar ritmlərin qeydə alınması üçün istifadə olunur. 24 saatlıq (və ya daha uzun) müddətdə pasiyentin üzərində qalaraq, həm sakitlikdə, həm də hərəkət, stres zamanı ürək ritmini qeydə alır.