Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Niyazi Bayramov Hacıkənddə sakinlərlə görüşüb

Gəncədə növbəti səyyar görüş keçirilib. Bu haqda 2 iyun tarixində İcra Hakimiyyətinə istinadən məlumat veririk.

Niyazi Bayramov Hacıkənd qəsəbəsində yerləşən “Nizami Gəncəvi – sələflər və xələflər” parkında sakinləri qəbul edib. Görüşə İcra Hakimiyyəti başçısı Aparatının məsul əməkdaşları, YAP Gəncə şəhər təşkilatının sədri, bələdiyyə sədrləri, idarə, müəssisə və təşkilat rəhbərləri qatılıblar.

Burada sakinlər onları narahat edən məsələləri dilə gətirib, bir sıra təklifləri səsləndiriblər. Müraciətlər arasında işlə təminat, maddi yardım, torpaq sahəsinin ayrılması, internet xəttinin çəkilməsi kimi məsələlər üstünlük təşkil edib.

Bir çox məsələlər yerindəcə həllini tapıb. Bəzi müraciətlərlə bağlı aidiyyəti qurumların nümayəndələrinə müvafiq araşdırma aparmaq və yaranmış problemləri həll etmək tapşırığı verilib.


Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də