Tarixində ilk dəfə Azərbaycan Premyer Liqasının gümüş medallarını və Konfrans Liqasında oynamaq hüququ qazanan "Sabah" avrokubokdakı ilk matçadək heyətlə bağlı çatışmazlıqları qaydaya salmağı hədəfləyib.
Fanat.Az-ın əldə etdiyi məlumata görə, baş məşqçi Murad Musayevin bu mövsüm güvəndiyi adlardan olan qapıçı Yusif İmanovun heyətdə saxlanılması da əsas hədəflərdəndir.
Masazır təmsilçisi 20 yaşlı qolkiperə 3 illik müqavilə təklif edib. Bu isə o deməkdir ki, qeyri-adi nəsə baş verməsə, gənc "çərçivə" qoruyucusu yaxın günlərdə yeni anlaşmaya qol çəkəcək.
Qeyd edək ki, Yusif son mövsümdə "Sabah"ın forması ilə 33 çempionat və 2 kubok matçına çıxıb.