“Qardaş Türkiyədə kimin qalib olmasından asılı olmayaraq çox da xoş olmayan mənzərə yaranır: Ölkə tam iki yerə, cəmiyyət yarı-yarıya bölünüb. Amma Türkiyənin iki vacib "immuniteti" var: Seçki institutu və sekuylar kəsim. Əminəm ki, bu iki amil qardaş ölkəyə bütün problemlərə üstün gəlməyə kömək olacaq”.
Bunu ekspert Natiq Cəfərli bildirib.
“Nəticədən asılı olmayaraq CHP-yə, Kılıcdaroğluna təşəkkür düşür, əllərindən gələni etdilər, seçki institutunu, seçkiyə inamı diri tutdular, sonacan mübaruzə.apardılar. Ərdoğana və AKP-yə də təşəkkür düşür, əllərində olan bu qədər inzibati resursa, maddi imkanlara baxmayaraq kobud saxtakarlığa getmədilər, “oy, sandıq siyasətçinin namusudur”, dedilər, istənilən toplumların inkişafı üçün təməl şərt olan seçki institunu ciddi zədələmədilər. Nə olursun-olsun, məhz sandıqda Türkiyə qazansın!” – N.Cəfərli qeyd edib.