Niaqara şəlaləsi 28 May-Müstəqillik Günü münasibətilə Azərbaycan bayrağının rənglərində işıqlandırılıb.
ABŞ-la Kanada arasında yerləşən dünyaca məşhur Niaqara şəlaləsi ABŞ vaxtı ilə saat 22:30-da Azərbaycan bayrağının rənginə boyanıb.
Heyrətamiz görüntüyə bürünən Niaqara şəlaləsi ərazini ziyarət edən turistlərin və yerli sakinlərin diqqətini cəlb edib.