Referans.az xəbər verir ki, rayondakı "N" saylı hərbi hissədə müddətdən artıq Həqiqi Hərbi Xidmət etdiyi bildirilən Şəmkir sakini 25 yaşli Elpərəs İbrahimov, kafe işlədənlər Novosaratovka kənd sakinləri 37 yaşlı Teymur Tapdıqov onun qardaşı Samir Tapdıqovla şəxsu münasibətlər zəmnində mübahisə ediblər.
Məlumata görə, hadisəyə səbəb Elpərəs İbrahimovun kafedə qadını döyməsi olub
Davadan sonra tərəflər mübahisəni barışıqla sonlandırıblar.Lakin axşam saatlarında fikrini dəyişən Elpərəs yenidən kafeyə gələrək qardaşları səsləyib.
Nəticədə hər iki qardaş və hərbçi Elpərəs İbrahimov xəstəxanaya aparılıb. İlkin müayinə zamanı Teymur Tapdıqovun dünyasını dəyişdiyi bəlli olub. Faktla əlaqədar Şəmkir hərbi prokurorluğunda cinayət məcəlləsinin qəsdən adam öldürmə maddəsi ilə istintaq davam etdirilir.
Hadisənin təfərrüatı ilə bağlı əlavə məlumat veriləcəyi bildirilib.
Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik: