Moskva dairəvi yolunun 14-cü kilometrliyində üç ticarət pavilyonu yanıb.
RegionTV xəbər verir ki, bu ünvanda “Sadovod” bazarı yerləşir.
Moskva Fövqəladə Hallar Nazirliyinin əməkdaşları hadisə yerinə gələndən təqribən bir saat sonra alovun qarşısını ala bilib.
Zərərçəkənlər barədə məlumat yoxdur. Hadisəyə nəyin səbəb olduğu məlum deyil.
Qeyd edək ki, “Sadovod” bazarı Qod Nisanov və Zarax İliyevə məxsus “Kiyev meydanı” şirkətinə aiddir.