Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Anar Bağırov: "Bu gün vəkil olmaq hakim olmaqdan heç də asan deyil"

“Son illər ərzində vəkillik sahəsində aparılan islahatlar, yeniliklər göz qabağındadır".

E-huquq.az xəbər verir ki, bunu Vəkillər Kollegiyasının sədri Anar Bağırov deyib.

O bildirib ki, ölkəmizdə vəkillik institutu güclənir, nüfuzu daha da artır: "Azərbaycanda vəkil olmaq istəyən hüquqşünasların sayı artıb. Son illər ərzində minlərlə hüquqşünas vəkil olmaq istəyini bildirib. Onların ən savadlıları imtahandan yüksək nəticə əldə edərək vəkil olub".

Sədr vəkilliyə qəbul imtahanlarında sualların əvvəlki illərə nisbətən çətinləşdiyini qeyd edib: "Bu gün hüquq sferasında ən böyük maraq vəkillik peşəsinədir. Lakin bu gün vəkil olmaq hakim olmaqdan heç də asan deyil. Vəkilliyə qəbul imtahanları öz çətinliyinə görə hakimlik imtahanlarına bərabərdir".


Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də