Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

SON DƏQİQƏ: Leysanın bu rayona vurduğu zərər AÇIQLANDI

Goranboy rayonu ərazisində baş verən leysan yağışı nəticəsində 14 baş iri buynuzlu mal-qaraya ziyan dəyib.

Bununla bağlı  RegionTVşinfo-ya Goranboy rayon İcra Hakimiyyətindən məlumat verilib.

Bildirilib ki, ötən gün Goraynboy rayonunun Aşağı Ağcakənd qəsəbəsi, Börü, Meşəli, Yenikənd və Qaraçinar kəndlərində leysan yağışı nəticəsində Qaraçay çayında suyun səviyyəsi artıb.

Yaranan sel suları 3 fərdi yaşayış evinin həyətinə dolub, 14 baş iri buynuzlu mal-qaraya və 100 ədəd ev quşlarına ziyan dəyib.

Əraziyə müvafiq texnikalar cəlb edilməklə Aşağı Ağcakənd qəsəbəsi və Börü kəndində avtomobil yollarının bərpa edilməsi istiqamətində operativ işlər aparılır.



Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də