Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

“İnfiniti Pub”ın rəhbərləri ilə bağlı daha bir qərar

Ali Məhkəmədə epidemiya əleyhinə və karantin rejimlərinin pozulması və vəzifə səlahiyyətlərindən sui-istifadədə təqsirləndirilən "İnfiniti” gecə klubunun rəhbərliyi – Samiq Babayev, Jamal Nasserin barəsindki hökmdən verilən kassasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.

Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Hafiz Nəsibovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

Qərara əsasən, onların kassasiya şikayəti təmin edilməyib.

Qeyd edək ki, Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən 02 avqust 2021-ci il tarixdə həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı paytaxtın Nərimanov rayonunda "İnfiniti Pub” klubunun epidemiya əleyhinə və karantin rejimlərinin pozulması halları aşkar olunub.

Tədbirlərlə həmin gecə klubunun rəhbərliyi - Şərur rayonunda anadan olmuş Samiq Babayev və İran vətəndaşı Jamal Nasser müəyyən olunaraq saxlanılıb.

Onlar barəsində Cinayət Məcəlləsinin 139-1.1-ci (epidemiya əleyhinə və karantin rejimlərinin pozulması) və 308.1-ci (Vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə ittiham irəli sürülüb.

Nərimanov Rayon Məhkəməsinin hökmü ilə hər iki şəxs 2 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilib. Hökmdə qeyd edilib ki, onlar cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və iş üzrə maddi sübut olan, Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin maddi sübutları saxlama yerində saxlanılan 14 000 manat pul vəsaitinin Jamal Nasserə qaytarılsın, iş üzrə maddi sübut olan və İdarənin maddi sübutları saxlama yerində saxlanılan 1 ədəd "İPhone” markalı mobil telefonun Samiq Babayevə qaytarılsın. Bu hökmdən narazı qalan məhkumlar apellyasiya şikayəti veriblər.

Bakı Apellyasiya Məhkəməsi onların apellyasiya şikayətini təmin etməyib. Daha sonra təqsirləndirilən şəxslər kassasiya şikayəti ilə Ali Məhkəməyə müraciət edib. Qərara əsasən, kassasiya şikayətləri qismən təmin edilib.

Belə ki, Bakı Apellyasiya Məhkəməsinin çıxardığı qərar kassasiya şikayətlərinə münasibətdə ləğv edilib və cinayət işi apellyasiya instansiyası məhkəməsində yeni məhkəmə baxışına təyin olunub.


Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də