Bakıda 4 yaşlı uşaq bədbəxt hadisə nəticəsində ölüb.
APA xəbər verir ki, Binəqədi rayonunda 2019-cu il təvəllüdlü Rəhim Səfərov ailə üzvlərinin yanında olan zaman yaşadığı evin həyətində manqalın üstünə çıxıb tut dərmək istəyib, manqalın onun üstünə düşməsi nəticəsində xəsarət alıb.Xəstəxanaya yerləşdirilən azyaşlı həkimlərin səyinə baxmayaraq ölüb.