«Neftçi»nin kapitanı Emin Mahmudova yeni təklif gəlib.
2017-ci ildən ağ-qara formanı geyinən yarımmüdafiəçi karyerasını Asiyada davam etdirə bilər.
Bu dəfə Cənubi Koreyadan dəvət alıb. "Daejon Sitizen" Premyer Liqanın cari mövsümündə 16 qol vurmuş orta sahə oyunçusu ilə 2 illik müqavilə bağlamaq niyyətində olduğunu bildirib.
O. koreyalıların çağırışını geri çevirməsə, illik 700 min avro qazana bilər. Bu isə "Neftçi"nin irəli sürdüyü şərtlərdən təqribən 2,5 dəfə çoxdur.
Paytaxt təmsilçisi komandanın liderini düşərgədə saxlamaq üçün 350 min dollarından keçməyə hazırdır. Emin bu məbləğə minimum daha 150 min əlavə olunmasını istəyir.