Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

"Qarabağ"ın ÇL-nin III təsnifat mərhələsindəki potensial rəqiblərindən biri bəlli oldu

2023/24 mövsümü üzrə Çempionlar Liqasının III təsnifat mərhələsində "Qarabağ"ın yer alacağı səbət və potensial rəqiblərindən biri bəlli olub. 

Offsideplus.az xəbər verir ki, Ağdam təmsilçisi səpələnmişlər sırasında olacaq. Qurban Qurbanovun rəhbərlik etdiyi komanda ÇL-də büdrəməsələr, ən azı pley-offa qədər bütün mərhələlərin püşkatmasında güclülərin səbətində qərarlaşacaqlar.

"Qarabağ"ın III təsnifat mərhələsinə yüksəlsə, potensial rəqiblərindən biri bəllidir.  Azərbaycan çempionunun buradakı 6 mümkün rəqibdən biri Yunanıstanın AEK komandası olacaq.

Qeyd edək ki, Çempionlar Liqasında iyunun 20-də I, 21-də II təsnifat mərhələsinin, iyulun 24-də isə III raundun püşkü atılacaq.


Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də