Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Azərbaycanlı "kişi arvadı ilə əl bir olub Rus vətəndaşını aldadaraq evini və külli miqadarada pulunu ələ keçirdilər" FOTO


Əziz izləyicilər yadınızda varsa mən günlər öncə bir yazı yazmışdım.

Yarı ciddi ,yarı zarafat.Bir Azərbaycanlı kişisinin bir rus əsilli qadını necə aldadıb gətirib və necə tərk edib ortada qoyub .

Məlumatları olmayanlar üçün yenidən ətraflı yazım.

Bu şəkildə gördüyünüz İra Şiryayevadır.(ortada görünən).

Şəkildə görünən  "kişi" isə əsərin qəhramanıdır.

Birinci qadın isə həmin "kişi"nin həyat yoldaşıdır.

Açıq aşikar paylaşıram .Ona görəki bir aydan çoxdur rəsmi müraciət etmişik ,nə baxan yoxdur ,nə çağıran var,nə soran var.

Deməli əsərin qəhramanı olan bu "kişi" Tovuz rayonunun Aşağı Öysüzlu kənd sakini Məmmədov Məzahir Zakir oğludur.

Bu Məzahir bəy İra xanımla internet üzərində tanış olublar.Sonra real görüşüblər.

Bir müddət bu qadının pulu ilə bir yerdə yaşaıblar.Sonra baxıb ki,bu Allahın safıdır.Kənarda evi var.Nə fikir edibsə.Deyib hər şeyi sataq gedək Azərbaycana orada da rəsmi evlənək.Məndə boşanmışam .Uşaqlarıma ana lazımdır.Beləcə bu qadın orda nəyi var yox onuda satır.Gəlirlər Azərbaycana .

Bu qəhraman bu qadını bir başa öz evinə gətirir.

Çoxları deyirki inanmazdı.Yəni inanılmayacaq bir durum yaratmayıb.

Həyat yoldaşını niyə paylaşırsan deyənlərə demək istəyirəm ki,günahın ən böyüyü bu qürursuz qadındır.

Deməli əri ilə razılaşırlar .Əri bir başa bu rus qadını evə gətirir və öz həyat yoldaşını öz bacısı kimi tanıdır.Hətta uşaqlar belə öyrədilir evdə o qadına ana demirlər.

Ailələliklə fırıldaqçı,dələduz insanlar var belə.

Deməli bu qadının 50 min manat pulu olub.

Onu gətiriblər ərli arvadlı birləşərək inandırıblar.

Deməli bu "kişi"nin həyat yoldaşı çox üzür istəyirəm öz yataq otağını belə İraya verir özü uşaqlarla digər otaqda yatır.

Pulun gücünə baxın də.

Beləliklə bu rus qadının pulu ilə ev tikirlər,qız toyu edirlər,oğluna kiçik toy edirlər beləliklə bu pulu tam qurtaran kimi,İranı çölə atırlar.

İndi mən heç siz qoyun adını bu işin.

Və yenə deyirəm ona görə paylaşıram ki,rəsmi müraciətlərimizə baxılmır.

İlk olaraq rəsmi müraciətlər etmişəm.Qeydiyyata alınıb,çatdı cavabı gəlib amma Tovuz rayonunda bu işə baxılmır.

Nəyin üstü örtülür bilmirəm.

İlk olaraq aparmışam polis şöbəsinə məlumat vermişəm ki,bu qadın müvəqqəti olaraq mənim yanımdadır hüquqi işləri bitənə kimi və yardım istəmişəm.Deyiblər bu iş məhkəməlikdir.

Aparmışam eyni qayda ilə izah vermişəm..Deyilib polis baxmalıdır sonra məhkəmə baxmalıdır.Beləcə bir aydır mən yollardayam.

Mənim yanımda qalmağından mən narazı deyiləm.Allah verəndən bir tikədə o yeyir.

O kişi olacaq dələduzdan da yaxşı saxlayıram.

Amma bu bir cinayətdir,dələduzluqdur.

Bütün dəlil sübutları da var.

Pulların çekləri,evin videoları,alınan əşyaların videoları hamısı var.

O zaman niyə baxılmır?

Paylaşın bu ailəvi dələduzlar tanınsın.

Bu sözlər Gülnar Həsənova adlı Tovuz sakini öz Facebook profilində paylaşıb.




Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də