İnfluenser Aysel Şükürün doğum günü paylaşımı müzakirələrə səbəb olub.
Bu gün 30 yaşına qədəm qoyan bloger görüntülərinin Dubayda yerləşən dünyanın ən yüksək göydələni "Burj Khalifa"da əks etdirildiyi video paylaşıb. Təbrik mətninin olduğu slayd sosial media istifadəçiləri tərəfindən birmənalı qarşılanmayıb. İzləyicilərin çoxu görüntülərin real olduğunu iddia edib, digər yarısı isə montajla belə bir addım atıldığını söyləyib.
Qeyd edək ki, video Elvin Mammadou tərəfindən hazırlanıb və real deyil. 2019-cu ildə açıqlanan rəqəmlərə görə, "Burj Khalifa"da 3 dəqiqəlik reklamın qiyməti 68 min dollardır.
[media=]