Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Tanınmış həkimin oğlu həbs edildi

Lənkəranda bir neçə gün əvvəl ölümlə nəticələnən qəza törətmiş 22 yaşlı Əli Rufullazədə həbs olunub.

 

Region TV  “Qafqazinfo”ya istinadən xəbər verir ki, onun barəsində Lənkəran Rayon Məhkəməsinin qərarı ilə ilkin olaraq 4 ay müddətində həbs-qətimkan tədbiri seçilib. Hazırda Ə.Rufullzadə barəsində açılmış cinayət işi üzrə Lənkəran ŞRPŞ-də ibtidai istintaq davam etdirilir.

 

Məlumatı DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan təsdiq ediblər.

Qeyd edək ki, 22 yaşlı Əli Rufullazadə məşhur həkim, Lənkəran rayon Mərkəzi Xəstəxanasının Doğum şöbəsində çalışan mama-ginekoloq Mehparə Rufullayevanın oğludur. Onun bir neçə ay öncə “VAZ-2107” avtomobili ilə Nizami və Tağıyev küçələrinin kəsişməsində ölümlə nəticələnən daha bir qəza törətdiyi məlum olub.

 

Bu dəfə isə Əli Rufullayevin idarə etdiyi “Hyundai” markalı avtomobilin “VAZ-2106” avtomobilinə çarpılması nəticəsində sonuncunun sürücüsü, 37 yaşlı Nahid Turabov hadisə yerindəcə vəfat edib. Onun iki azyaşlı qız övladı olub. Avtomobildə sərnişin qismində əyləşən 39 yaşlı Ülviyyə Hüseynova isə ağır xəsarətlərlə xəstəxanaya yerləşdirilib.


Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də