Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Narkoekspertdən Avropaya şok ittiham

Narkotiklər Avropaya necə daxil olur? Narkotik maddələr Avropa İttifaqı ölkələrində də istehsal olunur. Bu, əsasən İran və bir sıra Asiya ölkələrindən bir neçə marşrutla Aİ-yə daxil olan heroinə və Cənubi Amerikadan kokainə şamil edilmir. Rotterdam limanı (Hollandiya) narkotiklərin Avropaya daxil olduğu ən böyük məntəqə hesab edilir. Avropa getdikcə daha çox digər narkotik növlərini özü istehsal edir. Məsələn, MDMA və onun yaxın analoqlarının istehsal olunduğu laboratoriyaların əksəriyyəti Hollandiya və Belçikada yerləşirdi (hesabat yalnız polis tərəfindən tapılıb bağlanan laboratoriyalara aiddir). 6,6 milyon həb ələ keçirilib. 300-ə yaxın "patı-şüşə" laboratoriyasından 264-ü Çexiyada idi. Müsadirə edilən maddənin ümumi miqdarı 6,5 tona yaxındır. Marixuana ( nəşə ) hələ də Avropaya məsələn, Mərakeşdən və İrandan gəlir. lakin getdikcə həmən satıldığı ölkələrdə də kustar şəraitdə yetişdirilir. 2018-ci il ərzində Avropa Narkotiklər və Narkomanlığın Öyrənilməsi Mərkəzinin mütəxəssisləri Aİ ölkələrində istifadə olunan 730 psixoaktiv maddəni izləyiblər. Bunlar narkotiklərin bütün növləridir - opiatlardan stimulantlara və kannabinoidlərə qədər.  Əksəriyyəti sintetikdir.  Onlardan 55-i, qeyri-leqal bazara yalnız son 3 ildə çıxıb. Regional Sosial Təşəbbüslərə Dəstək İctimai Birliyi nin sədri Narkoekspert Emil Maqalov



Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də