"BTB Kapital İnvestisiya Şirkəti" ASC-nin adı "Assist Finance İnvestisiya Şirkəti"nə dəyişdirilib.
"Report" bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə istinadən xəbər verir.
Xatırladaq ki, "BTB Kapital"ı 2018-ci ildə "Bank BTB" ASC 350 min manat nizamnamə kapitalı ilə yaradıb və ötən ay investisiya şirkətinin keçmiş direktoru Ruslan Cəfərova satıb. Bundan bir qədər sonra o, direktor vəzifəsindən gedib və maliyyə qurumuna rəhbərliyi indiyə qədər müavini olan Cəfər İbrahimliyə həvalə edib.