Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Cavanlaşmaq üçün 17 yaşlı oğlunun qanını bədəninə vurdu - İldə 2 milyon xərcləyir FOTO

Amerikalı  multimilyoner texnologiya və elm sahibkarı Bryan Johnson qocalma prosesini tərsinə çevirməyi özünə həyat missiyası etsə də, maraqlı addımlar atmaqdan çəkinmir. 45 yaşlı Conson gəncliyini geri qaytarmaq üçün ildə 2 milyon dollar xərcləyir. 

Region TV  xarici Kİv-ə istinadən bildirir ki,  Conson  yeni təşəbbüsü ilə gündəm olub. 

Ciddi pəhriz, ciddi yuxu cədvəli və idman proqramı ilə yaşayan iş adamı 17 yaşlı oğlu Talmeyc və 70 yaşlı atası Riçardla üç nəsil qan mübadiləsini əhatə edən eksperimentdə də iştirak edib. 

Bu dəfə Conson daha cavan görünmək üçün 17 yaşlı oğlunun qanını bədəninə vurub. 

Xəbərdə bildirilir ki, gənc insan bədənindən alınan plazmanın yaşlı insanların sağlamlığına faydalı ola biləcəyi iddiaları elm dünyası tərəfindən bir müddətdir araşdırılır. Əvvəllər bu mövzuda siçanlar üzərində eksperimentlər aparılsa da, bu, yekun nəticə verməyib. 


Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də