Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Təhsil nazirindən öz keçmiş vəzifəsinə TƏYİNAT






Təhsil Nazirliyində növbəti kadr dəyişikliyi baş verib.

Oxu.Az-ın məlumatına görə, Təhsil naziri Emin Əmrullayevin müvafiq əmri ilə  Rüfət Əzizov Təhsil İnstitutunun direktoru vəzifəsinə təyin olunub. 

Qeyd edək ki, Təhsil naziri Emin Əmrullayev nazir vəzifəsinə təyinat alana kimi institutunun direktoru vəzifəsində çalışıb.

Rüfət Əzizov 2003-cü ildə M.V.Lomonosov adına Moskva Dövlət Universitetində kimya ixtisası üzrə bakalavr, 2017-ci ildə isə ADA Universitetində Biznesin təşkili və idarə edilməsi ixtisası üzrə magistr təhsili alıb. R.Əzizov 2007-ci ildə kimya elmləri üzrə fəlsəfə doktoru  elmi dərəcəsinə layiq görülüb. 

Yaxın saatlarda Təhsil naziri Emin Əmrullayev Rüfət Əzizovu Təhsil İnstitutunun kollektivinə təqdim edəcək.

Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də